• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xalq antiterror əməliyyatlarının aparılmasını dəstəkləyir

CƏMİYYƏT

22 Avqust 2022 | 11:25

Xalq antiterror əməliyyatlarının aparılmasını dəstəkləyir

“Sosial Tədqiqatlar Mərkəzinin sorğusu göstərir ki, rəyi öyrənilənlərin 80 faizi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə əməl edilməzsə, antiterror əməliyyatlarının aparılmasını dəstəkləyir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev bildirib.

Deputatın sözlərinə görə, indiyədək baş verənlərə dönüb baxanda görürük ki, qarşı tərəf ancaq belə addımlar atıldıqda üzərinə götürdüyü öhdəliklərin bir qismini yerinə yetirir:

“İstisna etmirəm ki, Ermənistan rəhbərliyi gələcəkdə də bu "ənənə"ni davam etdirəcək. Təkcə ona görə yox ki, onlar ancaq güc dilini başa düşürlər. Paradoksal görünsə də, avqustun 3-dəkinə bənzər əməliyatlar Paşinyanla komandasındakılara da əl verir”.

“Çünki Qarabağdakı Rusiya hərbi kontingentinin Azərbaycan ordusunun önünü kəsməməsi (törədə də bilməz, buna nə mandatları, nə də mandatlarının olmadığını görməzdən gələcək qədər gücləri və həvəsləri var) Ermənistan baş nazirinin əsas rəqiblərinin- Moskvaya bağlı qruplaşmaların əleyhinə işləməklə yanaşı, Kremlin rəsmi İrəvan üzərindəki təsirini zəiflədir. Bax, bu reallığa dayanaraq demək olar ki, Qarabağda gələcəkdə yeni antiterror əməliyyatlarının aparılması ehtimalı da elə hardasa 80 faizdir”, -deyə Sahib Alıyev bildirib.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026