• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri keçdi - YENİLƏNİB

CƏMİYYƏT

02 Yanvar 2023 | 14:47

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri keçdi - YENİLƏNİB

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin avtomobil Xankəndidən Laçın istiqamətinə keçib.

Bununla da bu gün ərzində indiyədək aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 6-ya çatıb.

 

14:01

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha iki minik avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün ərzində indiyədək aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 5-ə çatıb. /Report

 

12:16

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin avtomobil Laçından Xankəndi istiqamətinə keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün ərzində indiyədək aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 3-ə çatıb. /Report

 

11:02

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 minik avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bakıvaxtı.az  xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 22 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. /Report


Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri keçdi - YENİLƏNİBXankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri keçdi - YENİLƏNİBXankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri keçdi - YENİLƏNİBXankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri keçdi - YENİLƏNİBXankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri keçdi - YENİLƏNİBXankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri keçdi - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026