“Bəzi deputat və ekspertlər dövlət hesabına informasiya kommunikasiya texnologiyası sahəsində xaricdə təhsil alanların ölkəyə qayıtması üçün onlara yüksək səviyyədə maaşın verilməsi təklif edilir. Amma unutmayaq ki, biz əmək bazarına müdaxilə edə bilmərik”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.
O qeyd edib ki, özəl sektorda işçilə işəgötürən arasında münasibətlərə inzibati təsir etmək mümkün deyil: “Dövlət sektorunda da bu mümkünsüz görünür. Məsələn, dövlət nazirə 3 min manat maaş verirsə, amma xaricdən təhsil almış proqramistə 10-15 min manat maaş verə bilməyəcəksiniz.
Proqramistlərin Amerikaya getməsi, bu ölkəyə beyin axınının olmasının əsas səbəbi yüksək əmək haqqıdır. Burda söhbət 5-10 mindən getmir, bu ölkədə proqramistlərin əmək haqqısı 100-200 min dollardan başlayır. Həmin proqramistlərin işlədiyi yerlər “Meta” və “Google” kimi şirkətlərdir. Bu şirkətlər məhsullarını dünyaya satırlar.
Bizdə bunu etmək üçün ekomühit inkişat etdirilməlidir, məhsulların dünya bazarına ixracıdır. Azərbaycan bazarı çox kiçikdir. Bizdə işçiyə yüksək əmək haqqı verməklə həmin şirkəti müflis edə bilərsiniz, dövlət qrumu sosial xəcrləri qarşılamaq imkanından məhrum edə bilərsiniz. Reallıqdan uzaq olmayaq. Tədricən bu məsələ həll olunacaq. Məcburi əməklə uğur qazana bilmərik, dövlət hesabına xaricdən oxuyanları ölkəmizə qayıdıb işləməyə təhkim edə bilmərik”.
Ramid İbrahimov
















