• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xilasedicilərimizin daha bir qrupu Türkiyəyə getdi - FOTOLAR

CƏMİYYƏT

08 Fevral 2023 | 10:20

Xilasedicilərimizin daha bir qrupu Türkiyəyə getdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.

Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.


Xilasedicilərimizin daha bir qrupu Türkiyəyə getdi - FOTOLARXilasedicilərimizin daha bir qrupu Türkiyəyə getdi - FOTOLARXilasedicilərimizin daha bir qrupu Türkiyəyə getdi - FOTOLARXilasedicilərimizin daha bir qrupu Türkiyəyə getdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026