• Bakı 7° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Xırdalanda bazarda yanğın söndürüldü

HADİSƏ

26 Iyun 2021 | 17:40

Xırdalanda bazarda yanğın söndürüldü

Xırdalan şəhərində bazarda yanğın olub.

Bu barədə Bakıvaxtı.az-aFövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində bazar ərazisində yanğın olması barədə məlumat daxil olub.

Məlumat daxil olandan sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində bazar ərazisində 5 m² sahədə piştaxta və plasmas su çəni yanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026