• Bakı 12° C

    7.41 m/s

  • USD - 1.7

    EUR - 1.8621

    RUB - 0.0192

Xocalıda silah-sursat anbarı aşkarlandı - VİDEO

CƏMİYYƏT

26 Sentyabr 2023 | 19:56

Xocalıda silah-sursat anbarı aşkarlandı - VİDEO

Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı tikililərin aşkar olunması üzrə tədbirlər davam edir.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Xocalı rayonu ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib.

Anbardan aşkar edilmiş külli miqdarda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, həmçinin tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları müsadirə edilib.

Ərazidə, həmçinin qoşqulara yüklənmiş halda xeyli sayda sursatla dolu yeşiklər də aşkar edilərək götürülüb.

 


SON XƏBƏRLƏR

28 Noyabr 2023