Xorvatiyada baş tutan prezident seçkilərinin nəticələri bəlli olub.
Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, Sosial Demokrat Partiyasının (SDP) dəstəklədiyi hazırkı Prezident Zoran Milanoviç ən yaxın rəqibini təxminən 30 faiz qabaqlasa da, ilk turda seçilmək üçün tələb olunan səsləri az fərqlə toplaya bilməyib.
Dövlət Seçki Komissiyasının açıqladığı qeyri-rəsmi nəticələrə görə, səslərin 99,67%-i sayılıb.
Sandıq çıxış anketlərində 50%-dən çox səs topladığı görünən Milanoviç rəsmi olmayan nəticələrə əsasən, 49,1% səslə kifayətlənib.
Milanoviçin ikinci turdakı rəqibi isə 19,4% səs toplayan hakimiyyətin mərkəz-sağ Xorvat Demokrat İttifaqının (HDZ) namizədi, keçmiş Təhsil Naziri Dragan Primorac olacaq.
Nəticələr təsdiqlənərsə, Milanoviç və Primorac 12 yanvarda keçiriləcək ikinci turda qarşılaşacaqlar.
Əli Hüseynov