• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Yaddaş problemi nədən yaranır?

CƏMİYYƏT

01 Noyabr 2022 | 15:05

Yaddaş problemi nədən yaranır?

Son illər əksəriyyət yaddaşsızlıq problemindən əziyyət çəkir. Bəs yaddaş problemi nədən yaranır və həlli nədir?

Daxili xəstəliklər uzmanı Həbib Sahratov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yaddaş dedikdə biliklərimiz, praktiki bacarıqlarımız, ətrafdan əldə etdiyimiz məlumat və informasiyaların mərkəzi sinir sistemində depolanması, lazım olduqda istifadə olunması nəzərdə tutulur: “Yaddaş vasitəsilə bütün bilik və bacarıqlarımızı yadda saxlayıb istifadə edirik. Qeyd etdiyimiz hər hansı mərhələlərdən birində, yəni, məlumatların saxlanması, toplanması və yaxud istifadə olunmasında problem yaranarsa, buna yaddaş pozğunluğu deyirlər”.

Onun sözlərinə görə, yaddaş daha irəli dərəcədə pozularsa, demensiyaya gətirib çıxarır: “Demensiya əvvəlki bilik və bacarıqların istifadə edilə bilinməməsi, yaddaşın irəli dərəcədə pozulmasıdır. Burda bir çox məqamlar, xüsusən də vitamin B12 çatışmazlığı, qalxanabənzər vəzin hipotiroidi adlı xəstəliyi yaddaş pozğunluğuna səbəb ola bilir. Həmçinin, mərkəzi sinir sisteminin özünün bəzi xəstəlikləri də yaddaş pozğunluğuna səbəb ola bilir”.

Həkim qeyd edib ki, nevroloji xəstəliklərdən alzheimer, parkinson, epilepsiya xəstəlikləri olan insanlarda irəliki dövrlərdə yaddaş pozğunluqları yarana bilir: “Pasient yaddaş pozğunluğu ilə bağlı müayinə olunursa, sadaladığımız xəstəliklərdən hansı olduğu müəyyən edilməli, ona uyğun müalicə aparılmalıdır”.

Həmsöhbətimizə görə, yaddaş pozğunluğuna uşaq yaşlarda da rast gəlinir: “Əgər uşaq məktəbin ilk dövrlərində dərsləri hazırlaya, dəfələrlə oxumasına baxmayaraq yadda saxlaya bilmirsə, yaddaşın zəif olması haqqında fikir yürütmək olar. Yaddaşı zəif olan uşaqlarda məktəb dönəmində də psixolojik narazılıqlar olur. Bu cür uşaqlar dərsləri yaxşı yadda saxlaya bilmədikləri üçün sinifdə, toplumda dostlarından kənar qalırlar. Uşaq yaşlarında vitamin çatışmazlığı yaddaşsızlığa yol açır. Anadangəlmə tiroid xəstəlikləri də fiziki və zehni inkişafın zəifləməsinə gətirib çıxarır”.

Yaddaş problemini həll etməöyin bir sıra sadə yolu var:

Vacib məlumatları ucadan təkrarlayın; İki işlə eyni vaxtda məşğul olmayın; Qeyd aparın; .Gəzintiyə çıxın; Çətin mövzuları ayaq üstə və ya çöldə oxuyun; Şəkərdən çox istifadə etmək yaddaş üçün zərərlidir; Şahmat və kart oyunları oynayın, krossvord həll edin; İdmanla məşğul olun; Yuxu rejiminizə fikir verin.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026