• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR

CƏMİYYƏT

01 Iyun 2021 | 17:57

“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR

Bu gün Tovuz “ASAN xidmət” də “Hədiyyə Karvanı” layihəsinin açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, layihə “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə reallaşdırılır.

Layihə çərçivəsində şəhidlərimizin övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar paylanılacaq. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də yaradıcı potensialllarının inkişafına dəstək olmaqdır.

Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının rəhbəri Mehmet Mutlu, Türkiyə Böyük Millət Məclisinin 22-ci və 26-cı çağırış Ərzurum millət vəkili Mustafa Ilıcalı, İstanbul Universitetinin rektor köməkçisi İlyas Topsakal, Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk, Azərbaycan Milli Məclisinin deputatı Arzu Nağıyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Rəvanə Həsənli, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, "ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova çıxış ediblər.

Mərasimin ardından Tovuz “ASAN xidmət” mərkəzində həmin rayondan olan şəhidlərimizin uşaqlarına hədiyyələrin paylanılmasına start verilib.

Ankara şəhərindən start götürən “Hədiyyə karvanı” layihəsi 13 iyun tarixinədək davam edəcək. Bu çərçivədə ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər ediləcək və həmin rayonlardan olan şəhidlərimizin ailələri ziyarət olunmaqla onların övladlarına hədiyyələr paylanılacaq.


“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR“YAŞAT” şəhid övladlarını sevindirdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026