“Yaxın dörd ildə 1 milyon insan Qarabağa səfər edəcək”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, Qarabağın turizm potensialının artırılması ilə bağlı DTA-nın planları var: “Qarabağda hazırda məhsulların, marşrut xətlərinin, konsepsiyalar və strategiyaların üzərində iş gedir və məsləhətçi cəlb etmişik ki, potensialı daha dəqiq öyrənilsin. Mövzu üzrə marşrut və məhsulların - Qarabağ xanlarının irsi, xalçaçılıq, mətbəx, muğam, sağlamlıq, ekoturizm və s. mövzular üzərində iş gedir”.
K.Quluzadə deyib ki, Qarabağın turizm startı təhlükəsizliyin təmin edilməsi və infrastrukturun qurulmasından sonra olacaq: “İlkin planlarımıza görə, yaxın dörd ildə daxili və xarici turistləri cəlb etməyimizi nəzərə alsaq, bir milyon insan Qarabağa səfər edəcək”.
Nuranə Daxilqızı
















