• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yaxma test Omikronu təyin etmir, çünki...

CƏMİYYƏT

19 Yanvar 2022 | 05:08 | Müəllif: Qalib İbrahimoğlu

Yaxma test Omikronu təyin etmir, çünki...

Omikron ştammını ənənəvi PZR yaxma testi təyin edə bilmir, çünki onu tanımır.

Bakıvaxtı.az-ın məlumatına görə, Rusiyanın əməkdar həkimi Mixail Kaqan bu barədə açıqlama verib .

Onun sözlərinə görə, Omikrona yoluxmanı təyin etmək üçün şübhəli məqamda ancaq genetik analzi lazımdır( medicina.az). Bu analiz ixtisaslaşmış laboratoriyada 3-4 günə hazır olur.

"Genetik materialı dəqiq test etdikdən sonra xəstənin dəqiq Omikrona yoluxmasını demək mümkündür. Əks təqdirdə indiki testlərlə xəstənin ancaq Deltaya yoluxduğunu elan etmək olar. Çünki Delta hələ də populyasiyada dövr edir.

İndiki halda PZR test ancaq kovidə yoluxmanı deyə bilər, ancaq onun məhz Omikron olduğunu heç vaxt. Rusiuada test analizlərinin mükəmmələşdirilməsi işləri gedir, yeni kovid testləri hazırlanır. Bu testlər 15 dəqiqəyə bütün ştammları fərqləndirə biləcək.

Yeni ştamm həm də burunda yox, daha çox ağız suyu, tüpürcəkdə olur. Ona görə burundan yaxma testi Omikrona uyğun deyil”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026