• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yel çərşənbəsinin havası açıqlandı

CƏMİYYƏT

12 Mart 2024 | 12:42

Yel çərşənbəsinin havası açıqlandı

Novruz bayramının üçüncü çərşənbəsi olan Yel çərşənbəsində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz, bəzi şərq rayonlarında qısamüddətli yağıntılı keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 9, Aran rayonlarında 9-13 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Bakıvaxtı.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə görə, son 10 ilin Yel çərşənbəsində ən yüksək temperatur göstəricisi 2019-cu ildə qeydə alınıb. Belə ki, Bakıda və Abşeron yarımadasında 19, bəzi bölgələrdə 23, dağlıq ərazilərdə 14 dərəcə isti olub.

    N.Mahmudovun sözlərinə görə, 2014-cü ilin Yel çərşənbəsində isə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 16 dərəcə isti, 2015-2016-cı illərdə 13 dərəcə isti, 2017-ci ildə 12 dərəcə isti, 2018-ci ildə 5 dərəcə isti, 2019-cu ildə 19 dərəcə isti, 2020-ci ildə 15 dərəcə isti, 2021-ci ildə 7 dərəcə isti, 2022-ci ildə 13 dərəcə isti, 2023-cü ildə 8 dərəcə isti olub. Bu gün isə 9 dərəcəyədək isti müşahidə olunur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026