• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yeni könüllü qrupları Laçın-Xankəndi yoluna getdilər

CƏMİYYƏT

18 Dekabr 2022 | 15:26 | Müəllif: Subhan Mahmudov

Yeni könüllü qrupları Laçın-Xankəndi yoluna getdilər

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası yeddi gündür davam edir.

Bakıvaxtı.az xəbər verir ki, dekabrın 18-də yeni könüllü qrupları dinc aksiyaya dəstək vermək üçün Laçın-Xankəndi yoluna gediblər. Onlar aksiya iştirakçılarına qoşularaq Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlarla bağlı ilkin monitorinqin aparılmalı olduğu barədə şüarlar səsləndirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026