"2022-ci ildə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb".
Bu baqrədə Bakıvaxtı.az-a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, dövlət qurumları rəqəmlərlə oynamağı, hətta "rəqs etməyi" bacarır və çox sevir:
“Ümumi inflyasiyanı 13,9% açıqladılar, çünki maaş/təqaüdlərdə ortalama 15% artım elan ediblər, indi deyəcəklər ki, gördünüz, artım ümumi inflyasiyadan 1,1% çox olub. Ekspert qeyd edib ki, ərzaq inflyasitasını isə təcili 20%-dən aşağı çəkərək 19,5% elan etdilər - halbuki yenə rəsmi rəqəmlərə görə, 2022-ci ilin ilk 9 ayında ümumi inflyasi 15,6%, ərzaq inflyasiyası isə 21,8% idi”.
“Yaxşı, ilin son 3 ayında fenomenal nə hadisələr baş verdi ki, ümumi inflyasiya 1,7%, ərzaq inflyasiyası isə 2,3% azaldı?! Üç aya bunu iqtisadiyyat üzrə Nobel mükafatı alan da, sehrbaz Kio baba da edə bilməzdi. Mən bilən bizim iqtisadiyyat naziri Nobel mükafatı almayıb, maliyyə naziri də serhbazlığı ancaq büdcə üzərində həyata keçirir.
Ölkə tarixində həmişə ilin son ayında, Yeni İl bayramları öncəsi qiymətlər artır ki, azalmır və bu artım tempi Novruz bayramı bitənədək davam edir. Hətta büdcə xərcləmələri də həmişə ilin 4-cü rübündə kəskin artır ki, bu da inflyasiyanı sürətləndirən amillərdən biri olur.
Dünyada bizimkilər kimi "rəqəmbaz" çətin tapıla...”, - deyə Natiq Cəfərli qeyd edib.
Nuranə Daxilqızı
















