• Bakı 9° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Yeni sədr kim olacaq?

DÜNYA

07 Iyun 2023 | 08:43 | Müəllif: Qalib İbrahimoğlu

Yeni sədr kim olacaq?

Bu gün Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədri seçiləcək.

Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, parlamentin Baş Assambleyası bu məqsədlə yerli vaxtla saat 14:00-da toplanacaq.

İlk iki turda namizədlərdən birinin seçilə bilməsi üçün 400 deputatın səsi tələb olunacaq. İlk iki turda 400 səs toplanmazsa, səsvermənin üçüncü turu keçiriləcək. Bu turda parlamentin sədri seçilmək üçün 301 səs kifayət edəcək. Seçki dördüncü tura keçərsə, ən çox səs toplayan namizəd sədr seçiləcək.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkat Partiyası bu posta Numan Kurtulmuşun, Cümhuriyyət Xalq Partiyası Tekin Bingölün, İyi Partiya isə Cihan Paçacının namizədliyini irəli sürüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR