• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yeniyetmələr arasında bıçaqlanma - Cəlilabadda

HADİSƏ

09 May 2026 | 11:29 | Müəllif: Əli Hüseynov

Yeniyetmələr arasında bıçaqlanma - Cəlilabadda

Cəlilabad rayonunda yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Bakıvaxtı.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

    İlkin məlumata görə, yeniyetmələr arasında yaranan mübahisədən sonra onların valideynləri, Nicat Cəbiyev və İlqar Quliyev məsələyə aydınlıq gətirmək üçün görüşüblər. Mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə bıçaq xəsarətləri yetirib.

    Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı N.Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026