• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Yerevanın təcavüzkar siyasəti Ermənistanı yeni problemlərlə..." - Ömər Çelik

SİYASƏT

25 Iyul 2021 | 20:55

"Yerevanın təcavüzkar siyasəti Ermənistanı yeni problemlərlə..." - Ömər Çelik

Türkiyənin hakim partiyası Ermənistanı ölkəni bölgədə təxribata təşviq edən dairələrə tabe olmamağa çağırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik özünün "Twitter" səhifəsində bildirib ki, Yerevanın təcavüzkar siyasəti bu ölkəyə heç bir fayda gətirməyəcək: "Ermənistan özünü aldatmaqla məşğul olmamalı və onu Azərbaycanın Kəlbəcər rayonu istiqamətindəki hadisələrə bənzər təxribatlara təşviq edən dairələrin ritorikasına uymamalıdır".

AKP-nin mətbuat katibi bir gün öncə iki ölkənin sərhədində Ermənistan Silahlı Qüvvələrinin 1 Azərbaycan əsgərinin ölümünə səbəb olan hərəkətlərini kəskin şəkildə qınayıb:

"Yerevanın təcavüzkar siyasəti bölgədəki sülh üçün bir təhdiddir. Nəticələrə görə məsuliyyəti Yerevanı bu cür hərəkətlərə vadar edən qüvvələr də daşıyır. Müvafiq cavab verildikdə bu qüvvələr qətiyyən Ermənistanı dəstəkləməyəcəklər. Ermənistanın vəziyyəti daha da pisləşəcək".

Ö.Çelik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgə ölkələri arasında dialoq və əməkdaşlıq mexanizmi yaratmaq təşəbbüsünü xatırladıb: "Ermənistan təcavüzkar davranışlarından imtina edərsə, bu mexanizmin bir hissəsi ola bilər. Yerevan bu tarixi şansı itirməməli, Türkiyə və Azərbaycan liderlərinin çağırışlarını hərtərəfli qiymətləndirməlidir. Əks təqdirdə, bu ölkə yeni problemlər gözləyir. Ermənistan regional sülhü təhdid edə bilməz. Buna imkan verilməyəcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026