• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Yevlaxda iki maşın toqquşdu: Hərbi polis vəfat etdi - YENİLƏNİB

HADİSƏ

30 Sentyabr 2022 | 12:42

Yevlaxda iki maşın toqquşdu: Hərbi polis vəfat etdi - YENİLƏNİB

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Bakıvaxtı.az-averilən xəbərə görə, sentyabrın 29-da saat 10 radələrində Yevlax rayonunun Səmədabad kəndi ərazisində Goranboy rayon sakinləri Z.Cəfərovun idarə etdiyi “Mercedes” və N.Kazımovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. Nəticədə N.Kazımovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Yevlax rayon sakini Valeh Kərimli orada ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

29 Sentybar , 22:49

Yevlaxda iki minik maşını toqquşub, 28 yaşlı kişi dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, ağır yol nəqliyyat hadisəsi Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində baş verib.

İki avtomobilin toqquşması nəticəsində 28 yaşlı Valeh Kərimli dünyasını dəyişib. Qəza zamanı 32 yaşlı Vidadi Nadirov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xəstəxanaya çatdırılıb. Dünyasını dəyişən Ağsu rayon sakini 28 yaşlı V.Kərimli Yevlax Hərbi polisinin əməkdaşıdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.(trend)


SON XƏBƏRLƏR

25 Aprel 2024