İlin ilk günlərini dəhşətli yol qəzaları xəbərləri ilə qarşıladıq. Arxada qoyduğumuz günlərdə baş verən yol-nəqliyyat hadisələrində onlarla insan həyatını ititirb. Qəzaların artmasının səbəbi nədir?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əsas səbəbkar elə sürücülərdir: “Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin səbəblərini araşdıranda belə bir nəticəyə gəldim ki, əsas səbəbkar yol hərəkəti iştirakçılarının özləri, bilərəkdən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalardır”.
Onun sözlərinə görə, ikinci səbəb olaraq yol infrastrukturunun bərbad olmasını göstırmək olar: “Qaranlıq, çala-çuxur yollar, yol nişanlarının olmaması, yolların xətlənməməsi, avtomobillərin nasaz olması qəzalara səbəb olur”.
Ekspert ötən ilin son ayında Azərbaycanda çox faciəvi, dəhşətli qəzaların baş verdiyini təəssüflə qeyd edib: “Qəzalar nəticəsində xeyli sayda insan həyatını itirib. İqtisadiyyata da külli miqdarda ziyan dəyib, vətəndaşlar xəsarət alıb”.
E.Cəfərovun sözlərinə görə, nə qədər maarifləndirmə işləri aparılsa da, məsuliyyətsiz sürücülər var. Müsahibimiz hesab edir ki, qəzaların sayının azaldılması üçün sürücülük kurslarının xüsusi araşdırılmasına ehtiyac var: “Xüsusi dövlət komissiyası yaradılmalı, həmin sürücülük məktəblərinin fəaliyyəti araşdırılmalı, proqramlarla tanış olunmalıdır. Həmin sürücülük məktəblərinin sürücülük bacarıqlarını hansı səviyyədə öyrətdikləri ilə tanış olunmalıdır”.
Aytac Aslan





jpg-1675842120.webp)










