Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 368 yeni yoluxma faktı qeydə alınıb, 918 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 617 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 069 nəfər müalicə olunaraq sağalıb, 8 375 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 8 235 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 435, bu günə qədər isə ümumilikdə 5 876 764 test icra olunub.

















