Poverbank rozetə rahat alternativ olsa da, onun həcmi gün ərzində istifadə üçün yetmir.
Bakıvaxtı.az xəbər verir ki, bu problemin radikal həllini Handy Geng adlı çinli bloqqer tapıb. Belə ki, o, rekord göstəricidə enerji tutumlu fərdi poverbank hazırlayıb. Eyniadlı Youtube kanalın müəllifi olan həmin blogerin sözlərinə əsasən rekord göstəricidə enerji tutumuna sahib poverbankın yaradılması məsələsində onu dostları ilhamlandırıb.
Belə ki, onun dostları yüksək enerji tutumlu poverbanklara sahib olduqları bir vaxtda onun bu cür aksesuarı olmayıb. Buna görə də o, rekord göstəricidə enerji tutumuna sahib poverbank hazırlamaq qərarına gəlib. Nəticədə bloger böyük olçülü poverbank hazırlayıb. Onun enerji tutumu 27.000.000 mAh təşkil edir.
Poverbank metal materialdan hazırlanmış gövdəyə sahibdir və həmin gövdəyə müxtəlif qruplara ayrılmış 60 ədəd rozet quraşdırılıb. Sözügedən poverbank 220 V (volt) çıxış gərginliyini dəstəkləyir və eyni anda 20 ədəd smartfonu, planşeti və noutbuku şarj edə bilir.
Bundan əlavə olaraq poverbank eyni anda induksiya plitəsini, televizoru və paltaryuyan maşını enerji ilə təmin edə bilir (technote.az). Bu halda poverbankda qısa qapanma və ya qızma problemi yaşanmır. Poverbankın yeganə mənfi özəlliyi onun ölçüsündədir. Belə ki, sözügedən poverbankı daşımaq üçün yük maşını lazım olacaq.
















