• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yunanıstan Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

SİYASƏT

01 Iyun 2022 | 16:33

Yunanıstan Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırır, bütün sahələrdə tərəqqi və firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, Yunanıstan Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə dialoq və əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Hər iki xalqın və bütövlükdə regionun rifahına xidmət edən qarşılıqlı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyam.

Milli bayramınız münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı bir daha ifadə edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR