• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yunanıstan Türkiyənin hava məkanını POZDU

DÜNYA

28 Aprel 2022 | 19:11 | Müəllif: Subhan Mahmudov

Yunanıstan Türkiyənin hava məkanını POZDU

Yunanıstan Hərbi Hava Qüvvələri 26-28 aprel 2022-ci il tarixləri arasında Didim, Datça və Dalamanda Türkiyənin hava məkanını dəfələrlə pozaraq ölkənin sahilləri yaxınlığında təxribat xarakterli uçuşlar həyata keçirib.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiçin açıqlamasında deyilir.

O qeyd edib ki, Yunanıstan Xarici İşlər Nazirliyinin 27 aprel 2022-ci ildə Egey dənizində iki ölkənin hava qüvvələri arasında baş verən hadisələrlə bağlı açıqlamaları həqiqəti əks etdirmir.

"Hərbi Hava Qüvvələrimiz döyüş qaydalarına uyğun olaraq bu təxribatçı uçuşlara və pozuntulara cavab verib. Gərginliyi başladan və artıran tərəf Yunanıstan olsa da, ölkəmizi əsassız şəkildə ittiham etmək iki ölkə arasında son vaxtlar müsbət gündəm və mehriban qonşuluq münasibətləri ilə bir araya sığmır. Biz yunan tərəfinin təxribatçı hərəkətlərə, ritorikaya son qoymasını və bu cür hadisələrin bir daha təkrarlanmaması üçün həm ikitərəfli, həm də NATO çərçivəsində başlanmış Etimad Tədbirləri prosesini səmimi şəkildə dəstəkləməsini gözləyirik", - bəyanatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026