• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yuri Solominlə vida mərasimi keçirildi - FOTO

MƏDƏNİYYƏT

15 Yanvar 2024 | 14:50

Yuri Solominlə vida mərasimi keçirildi - FOTO

SSRİ Xalq artisti Yuri Solominlə vida mərasimi keçirilib.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki,Y.Solominlə vida mərasimi onun uzun illər bədii rəhbəri olduğu Malı Teatrda olub.

Aktyor Troekurovski qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 88 yaşlı sənətçi yanvarın 11-də vəfat edib.

Yuri Solomin 1935-ci il iyunun 18-də Çitada anadan olub. 1961-ci ildən Şçepkin adına Ali Teatr Məktəbində aktyorluq sənətindən dərs deyib.

O, “Zati-alilərinin adyutantı”, “Əzablı yollarla”, “TASS bəyan etməyə səlahiyyətlidir” və digər filmlərdəki rolları ilə sovet tamaşaçılarının rəğbətini qazanıb, aktyor 60-a yaxın film və serialda rol alıb. Y.Solomin 1990-1991-ci illərdə RSFSR-nin mədəniyyət naziri olub.

Günəş Mərd


Yuri Solominlə vida mərasimi keçirildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR