• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Zaqatalada nişan mərasimində karantin qaydaları pozulub

HADİSƏ

01 Oktyabr 2021 | 12:31

Zaqatalada nişan mərasimində karantin qaydaları pozulub

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı fərdi evdə təşkil edilən nişan mərasimində karantin qaydalarının pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, rayonun Danaçı kəndində İbrahim Diniyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində keçirilən nişan mərasimində dəvət edilən qonaqlardan bir neçəsinin COVID-19 pasportu olmadığı müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar ev sahibi İ.Diniyev inzibati məsuliyyətə cəlb edilib və o, 300 manat məbləğində cərimələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026