• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zaqataladakı yanğın nəzarət altına alındı

HADİSƏ

02 Sentyabr 2022 | 19:45 | Müəllif: Subhan Mahmudov

Zaqataladakı yanğın nəzarət altına alındı

Zaqatala rayonu Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğın artıq tam nəzarət altına alınıb, hazırda ərazidə soyutma işləri aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Bakıvaxtı.az-a bildirib ki, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Daşağıl kəndinin yüksək dağlıq ərazilərində baş vermiş yanğınların söndürülməsi istiqamətində isə ETSN-in yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən tədbirlər görülür.

Nazirlik rəsmisinin sözlərinə görə, yanğın baş vermiş ərazilərə ETSN-in bütün yerli qurumlarının 300-dən artıq əməkdaşı səfərbər olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026