8 Noyabr Zəfər Günü münasibətilə milli fəallar Təbriz şəhərinin müxtəlif yerlərində plakatlar vurub, divarlara yazılar həkk ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, milli fəallar Zəfər Günü münasibətilə "Zəfər bayramı qutlu olsun!", "Qarabağ Azərbaycandır!", "Birölüb min dirilərik", "Güney Azərbaycan İran deyil" yazılmış vərəqələr də paylayıb.
İmran Qurbanov





















