Türkiyədə zəif qiymət alan tələbə qız müəllimini bışaqlayıb.
Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə Dəclə Universitetində qeydə alınıb. Belə ki, universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Dos. Yunus Yılmaz ötən il sentyabrın 18-də tələbə qız B.Y tərəfindən bıçaqla hücuma məruz qalıb.
B.Y.-ya qarşı Diyarbəkir Respublika Prokurorluğu tərəfindən iddianamə hazırlanıb. İddianamədə qeyd edilib ki, müttəhim hadisə baş verən gün Yunus Yılmazın iş otağına girdikdən sonra çantasından çıxardığı bıçaqla müəlliminin başından xəsarət yetirib.
Həkimin rəyi, şahid və zərərçəkmiş ifadələri, iş otağına baxan dəhlizdəki təhlükəsizlik kamerası qeydləri bütövlükdə araşdırılarkən, təqsirləndirilən B.Y.-nin silahla qəsdən yaralamaqda günahkar olduğu qeyd edilib.
Murad Məmmədli


jpg-1715662268.jpg)













