• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Zelenski Ərdoğandan kömək istəyib

SİYASƏT

23 Avqust 2021 | 13:37

Zelenski Ərdoğandan kömək istəyib

Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı ondan Rusiya Federasiyasında olan 100-dən çox Krım Tatarının azad edilməsinə kömək etməsini istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının məlumatında deyilir. 

Zelenski Rusiya Federasiyasında 100-dən çox krımtatar əsilli Ukrayna vətəndaşının həbsdə olduğunu açıqlayıb:"Ukrayna Prezidenti Rusiya Federasiyası tərəfindən qanunsuz olaraq həbsdə olan Krım Tatarlarının azad edilməsinə köməklik göstərilməsi xahişi ilə Türkiyə liderinə müraciət edib".

Ərdoğan, öz növbəsində, qeyd edib ki, Türkiyə Krım platformasının başladığı ilk günlərdən etibarən dəstək göstərib və bundan sonra da dəstəkləyəcək. O həmçinin bildirib ki, təsis sammitində Türkiyəni xarici işlər naziri təmsil edəcək.

Söhbət əsnasında Ərdoğan Ukraynanı müstəqilliyin 30-cu ildönümü münasibətilə təbrik edərək ukraynalı xilasedicilərinə və yanğınsöndürənlərinə Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirakına görə təşəkkür edib.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026