• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Məmurlar gəlirlərini niyə bəyan etmirlər?-PƏRDƏARXASI SƏBƏBLƏR

SİYASƏT

22 Sentyabr 2021 | 10:07

Məmurlar gəlirlərini niyə bəyan etmirlər?-PƏRDƏARXASI SƏBƏBLƏR

“Gəlir deklarasiyası haqqında” qanunun və “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qanunun tətbiqi gecikdirilir.

Azərbaycan dünyada gəlirlərin deklarasiya edilmədiyi nadir ölkələrdəndir. Bu da ölkədə korrupsiya səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Gəlirlərin deklarasiya edilməməsi çirkli pulların izlənməsini çətinləşdirir. Belə ki, gəlirlərin qanuni və ya qeyri-qanunu yolla əldə edilməsini müəyyənləşdirmək mexanizmi normal işləmir.

Korrupsiya və məmur biznesinə qarşı mübarizə istiqamətində gəlir deklarasiyasının rolunun olduğunu vurğulayan hüquqşünas Əkrəm Həsənov Bakıvaxtı.az-a bildirib ki, xüsusən, dövlət məmurları, onların ailə üzvləri gəlir və xərc deklarasiyası verməlidir. Əks halda, korrupsiya ilə mübarizə aparmaq qeyri-mümkündür.

“Ölkəmizdə korrupsiyaya qarşı mübarizə çərçivəsində atılacaq addımların başında dövlət qurumlarının hesabatlı və şəffaf olması dayanır. Dövlət rəhbərinin iradəsi ortadadır. Sadəcə, məmurlar istəməyəndə qanunun qəbuluna və icra olunmasına mane olurlar. Rəqabət Məcəlləsi, Bank Məcəlləsi də buna görə illərdir qəbul olunmur. Bəzi köhnə məmurlar yerində qaldığı üçün proses gecikir”,-deyə hüquqşünas bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026