• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski: Rusiyanın enerji obyektlərinə zərbələr ədalətli cavabdır

DÜNYA

21 Iyun 2026 | 14:44 | Müəllif: Subhan Mahmudov

Zelenski: Rusiyanın enerji obyektlərinə zərbələr ədalətli cavabdır

Ukrayna Silahlı Qüvvələrinin hərbi logistika, neft sənaye obyektləri və hava hücumundan müdafiə sistemlərinə qarşı uzaqmənzilli zərbələri Rusiyanın ukraynalılara qarşı qəddar hücumlarına ədalətli cavabdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib.

"Cəbhə xəttindən təxminən 300 kilometr aralıda apardıqları uğurlu əməliyyatlara görə Ukrayna hərbçilərinə təşəkkür edirəm. Krım körpüsünün hər iki tərəfindəki obyektlərə zərbə endirilib: Krasnodar diyarında neft daşınması üçün dəniz logistika obyekti və müvəqqəti işğal altında olan Kerç şəhərindəki neft anbarı. Bundan əlavə, hərbi logistika obyektlərinə, eləcə də S-400 komplekslərindən dörd radar stansiyasına və iki Pantsir sisteminə uğurla zərbə endirilib", - deyə o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026