• Bakı -0° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.7845

    RUB - 1.97

Zelenski: Ukrayna ABŞ ilə müqavilədə 10 sent borcun olmasına belə razı deyil

DÜNYA

26 Fevral 2025 | 20:12

Zelenski: Ukrayna ABŞ ilə müqavilədə 10 sent borcun olmasına belə razı deyil

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev ABŞ ilə razılaşma çərçivəsində borcun hətta qismən ödənilməsinə belə razı olmayacaq, çünki bu, təhlükəli presedent yaradacaq.

Bakıvaxtı.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna sənəddə ABŞ-a borclu kimi göstərilməyib.

“Borc kimi hətta 10 sentin göstərilməsinə belə razı olmayacağam”, - o qeyd edib.

Eyni zamanda Zelenski əlavə edib ki, Ukrayna təmənnasız olmağı dayandıracağı təqdirdə ABŞ-dən gələcək dəstək variantlarını müzakirə etməyə hazırdır.

“Bu, yeni reallıqdır. Hər kəs içərisində olduğumuz şəraiti anlayır - biz müharibə vəziyyətindəyik. Düşünürəm ki, biz seçim edə bilməyəcəyik”, - o söyləyib.

Qeyd olunur ki, razılaşma çərçivə xarakterlidir və ratifikasiya tələb etmir. Gələcəkdə Kiyev və Vaşinqton onun təfərrüatlarını işləyib hazırlayacaqlar ki, bu da tərəflərin imzalanmasından sonra Ali Rada tərəfindən təsdiqlənməlidir.


SON XƏBƏRLƏR

26 Fevral 2025