Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abrahamyan heç bir izahat verilmədən "Zvartnots" hava limanından buraxılıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Rusiya Erməniləri İttifaqının vitse-prezidenti Lusik Qukasyan bildirib.
17:49
Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan Ermənistan ərazisinə buraxılmır.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, hazırda paytaxt İrəvanın "Zvartnots" havalimanında olan Ara Abramyana bu addımın səbəbləri barədə məlumat verilmir. O, 5 saatdır “Zvartnos” aeroportunda gözləyir.