Myanmada baş verən zəlzələ nəticəsində azı 144 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki bu barədə AFP məlumat yayıb.
Zəlzələ nəticəsində 732 nəfər isə yaralanıb. Sayın artacağı ehtimal olunur.
***
14:25
Myanmada zəlzələ nəticəsində baş verən uçqunlarda 20 nəfər həlak olub.
Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin ikinci ən böyük şəhəri olan Mandalay xəstəxanasından bildirilib.
Bundan başqa, Myanma hakimiyyəti çoxlu sayda ölən və yaralıların olması ilə əlaqədar təcili qan toplandığını elan edib.
***
13:18
Bu gün Myanmada baş verən güclü zəlzələdən sonra Mandalayda məscidin uçması nəticəsində ən azı 16 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli “Khit Thit” nəşri məlumat yayıb.
Bundan başqa, Myanmada monastır binasının uçması nəticəsində beş uşaq və rahibliyə hazırlanan bir nəfər həlak olub.
***
11:07
Myanmanın mərkəzində 7,7 bal gücündə güclü zəlzələ baş verib.
Bakıvaxtı.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələ Myanmanın Saqainq şəhərindən 16 kilometr şimal-qərbdə, yerli vaxtla saat 12:50 radələrində baş verib.