Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də bildirib.
"Qlobal ərzaq təhlükəsizliyi üçün müdafiə dəstəyinin artırılması və təmin edilməsi müzakirə olundu. Rusiyanın hərbi əsirlərlə rəftarında beynəlxalq qaydalara riayət etməsi məsələsini qaldırdım. Həmçinin Ukraynanın Aİ-yə inteqrasiyasına dair qərarların əhəmiyyətini vurğuladım", - Zelenski bildirib.
















