• Bakı 12° C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Zelenski və Trampın görüş vaxtı ilə bağlı AÇIQLAMA

DÜNYA

25 Noyabr 2025 | 21:11

Zelenski və Trampın görüş vaxtı ilə bağlı AÇIQLAMA

Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin bitməsi şərtləri ilə bağlı birgə ABŞ-Ukrayna razılaşmasını yekunlaşdırmaq üçün Prezident Trampla mümkün qədər tez, hətta Şükranlıq bayramı zamanı görüşmək istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenskinin administrasiya rəhbəri Andrey Yermak “Axios”a bildirib.

O deyib ki, Zelenski ərazi güzəştləri məsələsində Trampın özü ilə danışıqlar aparmaq istəyir.

"Ümid edirəm ki, Prezident Zelenskinin səfəri mümkün qədər tez baş tutacaq, çünki bu, Prezident Trampa bu müharibəyə son qoymaq üçün tarixi missiyasını davam etdirməyə kömək edəcək", - deyə Andrey Yermak əlavə edib. O, görüşün bayram ərəfəsində keçirilməsinin simvolik olaraq əhəmiyyətli ola biləcəyini bildirib.

Tramp çərşənbə axşamı Şükranlıq bayramı üçün Vaşinqtondan ayrılacaq və bazar gününə qədər Floridadakı iqamətgahında qalmağı planlaşdırır.


SON XƏBƏRLƏR