Rusiyanın hücumlarına cavab vermək üçün uzaqmənzilli zərbə vasitələrinin sayını artıracağıq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya hər gün Ukraynaya 650-yə qədər pilotsuz uçuş aparatı və 35-100 arasında raket zərbəsi endirir:
“Biz də cavab veririk. Hazırda eyni sayda vasitələrimiz olmasa da, 300-350 zərbə vasitəsindən istifadə edirik. Elə bir səviyyəyə çatacağıq ki, Rusiyaya tam həcmdə cavab verə bilək. Onlar bu müharibəni öz evlərində də hiss edəcəklər. Rusiyanın müharibəni diplomatik yolla başa çatdırmağın yeganə vasitəsi olduğunu anlaması vacibdir”.
Bakı 



