• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Zelenskinin Almaniyaya səfərinin DETALLARI

DÜNYA

11 Iyun 2024 | 12:00

Zelenskinin Almaniyaya səfərinin DETALLARI

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın bərpasına dair beynəlxalq konfransda iştirak etmək üçün Almaniyaya səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Bild" yazıb.

Zelenski Almaniya kansleri Olaf Şoltsla birgə konfransı açdıqdan sonra Bundestaqda çıxış etmək, Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Bundestaqın sədri Barbel Bas ilə görüşlər keçirmək niyyətindədir.

Yenidənqurma konfransı Ukraynaya həsr olunmuş sammitlər silsiləsinin başlanğıcıdır. Bundan sonra İtaliyada G7 sammiti, ardınca isə İsveçrədə sülh konfransı keçiriləcək.

İyunun 10-da axşam saatlarında Zelenskinin Berlinə gəlişi zamanı 147 metrlik Berlin radio qülləsi Ukrayna ilə həmrəylik əlaməti olaraq Ukrayna bayrağının rənglərində işıqlandırılıb

Bu gün "Waldorf Astoria Berlin" mehmanxanasında polis və təcili yardım maşınları növbə çəkir - Ukrayna prezidenti Zelenski və müxtəlif ölkələrin digər dövlət rəsmiləri dünən axşamdan oradadırlar.


SON XƏBƏRLƏR

26 Iyul 2024