• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenskinin qələbə planında nələr var? - AÇIQLAMA

DÜNYA

15 Sentyabr 2024 | 22:14 | Müəllif: Subhan Mahmudov

Zelenskinin qələbə planında nələr var? - AÇIQLAMA

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Co Baydenlə görüşdə ona Ukraynanın qələbəsi planını təqdim etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib.

Zelenski qeyd edib ki, o, Baydenlə sülh sammitindən əvvəl Ukraynanın mövqeyini gücləndirmək barədə danışacaq:

"Çünki diplomatik qərarlar güclü olanda yaxşıdır. Əks halda Putin bu prosesdə iştirak belə etməyəcək. Hesab edirəm ki, başqa şəraitdə ruslar müharibəni dayandırmaqda maraqlı olmayacaqlar".

O bildirib ki, onun qələbə planına bir neçə məqam daxildir - dörd əsas və müharibədən sonra lazım olacaq bir məqam:

"Bu təhlükəsizliklə bağlıdır. Söhbət çox güclü hərbi dəstəkdən gedir, bu dəstək bizim üçün olmalıdır. Biz bu və ya digər amildən necə istifadə edəcəyimizə sərbəst qərar verməliyik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026