“Məni istəyən var idi, amma yaşı az oldu deyə, alınmadı”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni “Xəzər axşamı” verilişində deyib.
İfaçı sonuncu sevgilisinin ondan 5 yaş kiçik olduğunu bildirib:
“29 yaşı var idi, mənim 34 yaşım var. Mənə izah etməyə çalışdı. Günlərlə izah etdi. Amma mən nədənsə onu qəbullana bilmədim. Mənim rəhmətlik anam da atamdan böyük idi. Seviblər deyə bir-birilərinə hörmət edirdilər. Çox yaxşı yola gedirdilər. Məndə nəsə alınmadı, qəribə oldum, bu şansımı da belə qaçırdım”.
Ziyafət Əlisoy
















