• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Zirə” - “DAK 1904”:  mətbuat konfranslarının vaxtı bəlli oldu

İDMAN

22 Iyul 2024 | 14:30 | Müəllif: Əli Hüseynov

“Zirə” - “DAK 1904”: mətbuat konfranslarının vaxtı bəlli oldu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “DAK 1904” (Slovakiya) oyunundan əvvəl baş tutacaq mətbuat konfransları və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Sadıqov iyulun 24-də "Dalğa Arena"da jurnalistlərin suallarını cavablandıracaq.

Bakı klubunun media üçün açıq məşqi isə "Qarabağ Arena"da, saat 19:00-da başlayacaq.

Slovakiya təmsilçisinin baş məşqçisi Xisko Munyosun mətbuat konfransı iyulun 24-də, saat 19:00-da "Dalğa Arena"da gerçəkləşəcək. Komandanın media üçün açıq məşqi isə 20:00-a planlaşdırılıb.

Hər iki komandanın məşq prosesinin yalnız ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026