• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zorlanan 11 yaşlı qız körpə dünyaya gətirdi - Dövlət Komitəsindən AÇIQLAMA

CƏMİYYƏT

29 Oktyabr 2021 | 18:18 | Müəllif: Subhan Mahmudov

Zorlanan 11 yaşlı qız körpə dünyaya gətirdi - Dövlət Komitəsindən AÇIQLAMA

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlamasında deyib ki, artıq bununla bağlı araşdırmalara başlanılıb.

"Bununla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. Artıq araşdırmalara başlanılıb və aidiyyatı qurumlarla birlikdə iş aparılır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR