• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

“20 yanvar” stansiyası yaxınlığındakı yanğın söndürüldü - VİDEO + YENİLƏNİB
HADİSƏ
07 Iyul 2025 | 19:02

“20 yanvar” stansiyası yaxınlığındakı yanğın söndürüldü - VİDEO + YENİLƏNİB

Xəbər verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının  yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. 

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

***18:10

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının  yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.  Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

 


SON XƏBƏRLƏR