Samux sakinini ilan sancıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü F.Qasımovu əkin sahəsində işləyərkən ilan sancıb.
O, xəstəxanaya yerləşdirilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.