• Bakı C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

59 yaşlı alpinist 3630 metr yüksəklikdən endirildi
DÜNYA
25 Yanvar 2026 | 19:56

59 yaşlı alpinist 3630 metr yüksəklikdən endirildi

Almatıda Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri dəniz səviyyəsindən 3630 metr yüksəklikdə yerləşən Mınjılkı zirvəsindən 59 yaşlı alpinisti təxliyə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, 23-cü universal xilasetmə bölməsinə alpinizm üzrə təlimatçıdan daxil olan məlumatda qrup iştirakçılarından birinin ayağından xəsarət aldığı və yüksək dağlıq şəraitdə sərbəst hərəkət edə bilmədiyi bildirilib.

Hadisə yerinə operativ şəkildə təxirəsalınmaz yardım göstərilməsi üçün xilasedicilərin növbətçi heyəti, həmçinin Fəlakətlər üzrə Tibb Mərkəzinin reanimasiya avadanlığı ilə təchiz olunmuş xüsusi təcili tibbi yardım avtomobili göndərilib. Xilasedicilər qısa müddətdə Mınjılkı zirvəsi ərazisinə çataraq, zərərçəkənə ilkin tibbi yardım göstəriblər və onun təhlükəsiz təxliyəsini təşkil ediblər.


SON XƏBƏRLƏR

24 Yanvar 2026