• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

90 il əvvəl Bakıya səfər edən bir türkün göndərdiyi açıqca üzə çıxıb
MƏDƏNİYYƏT
07 Iyul 2025 | 16:27

90 il əvvəl Bakıya səfər edən bir türkün göndərdiyi açıqca üzə çıxıb

90 il əvvəl Bakıya səfər edən bir türkün göndərdiyi açıqca üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Dilqəm Əhməd sosial şəbəkədə izləyiciləri ilə paylaşım edib.

Onun kolleksiyasına daxil olan bu nadir sənəd 27 iyul 1935-ci ildə Bakıda yazılıb və İstanbulun Cihangir məhəlləsində yaşayan bir xanıma ünvanlanıb.

Açıqcanın müəllifi Sovet İttifaqını gəzdikdən sonra Bakıya gəldiyini bildirir. Məktubda deyilir:

"Əzizim, sovetlərdə çox gözəl səfərlər etdikdən sonra bu gün Bakıya gəldim. Axşam Pəhləviyə (İrana) gəmi ilə yola düşürəm. Fikrim həmişə sizinlədir. Pasporta baxın, hər şey qaydasında olsun".

Yazıda müəllifin səfər planlarını və İstanbulda gözləyən yaxınlarına sevgi dolu mesajlarını oxumaq mümkündür. O dövrün siyasi və sosial şəraitini, həmçinin Bakı şəhərinin beynəlxalq səfərlərdəki rolunu əks etdirən bu açıqca, həm də şəxsi münasibətlərin izlərini daşıyır. 

Əli Hüseynov


SON XƏBƏRLƏR