• Bakı 32° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

ABŞ Avropa İttifaqının pulu hesabına Ukryanaya silah göndərəcək
DÜNYA
14 Iyul 2025 | 09:00

ABŞ Avropa İttifaqının pulu hesabına Ukryanaya silah göndərəcək

ABŞ Ukraynaya əlavə silahlar, o cümlədən “Patriot” sistemləri üçün raketlər göndərəcək və bunun əvəzini Avropa İttifaqı ödəyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Amerika lideri Donald Tramp bildirib.

“Biz onlara müxtəlif növ müasir hərbi texnika göndərəcəyik. Bunu üçün bizə 100 faiz ödəniş olunacaq. Məsələ iyulun 14-də Vaşinqtonda NATO-nun baş katibi Mark Rütte ilə görüşdə müzakirə ediləcək”, - deyə o bildirib.

“Patriot” raketlərinin Kiyevə ötürülməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Tramp bildirib ki, onların sayı ilə bağlı hələ qərar verilməyib:

“Ancaq onlardan bəzilərini alacaqlar, çünki onların müdafiəyə ehtiyacı var. Amma Avropa Birliyi onların pulunu ödəyəcək. Bunun üçün heç nə ödəmirik, ancaq onları göndərəcəyik. Bizim üçün bu, sadəcə biznesdir və biz onlara “Patriot” göndərəcəyik”.

Tramp Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin hazırlanması ilə bağlı sualı cavablandırmaqdan yayınıb. Siyasətçi jurnalistlərə sadəcə olaraq deyib: “Sabah hər şeyi görəcəyik”.


SON XƏBƏRLƏR

13 Iyul 2025