• Bakı 26° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

ABŞ Müsəlman Qardaşlarını terror təşkilatı kimi tanıya bilər
DÜNYA
17 Iyul 2025 | 13:12

ABŞ Müsəlman Qardaşlarını terror təşkilatı kimi tanıya bilər

ABŞ prezidenti Donald Trampın administrasiyası "Müsəlman Qardaşlar" hərəkatını terror təşkilatı kimi tanıyan qanun layihəsini baxılmaq üçün qəbul edib. 

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə senator Ted Kruzun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, senator müvafiq qanun layihəsini Senatda təqdim edib. Bildirilib ki, sənəd ABŞ-də "Müsəlman Qardaşlar"ın rəsmi şəkildə terror təşkilatı kimi tanınması üçün yeni strategiyanı nəzərdə tutur. 

Senator qeyd edib ki, "Müsəlman Qardaşlar" hərəkatı ABŞ və onun müttəfiqlərinin milli təhlükəsizliyinə təhdid yaradır. Yaxın Şərq və Avropanın bir çox ölkəsi artıq təşkilatı terrorçu kimi tanıyıb. Oxşar qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasına təqdim edilib. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

17 Iyul 2025