• Bakı 21° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Aksiyaya gedənləri DİM imtahandan keçirə bilməz - Əkbər Qoşalı yazır
YAZARLAR
15 Dekabr 2022 | 15:35

Aksiyaya gedənləri DİM imtahandan keçirə bilməz - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Laçın-Xankəndi yolunun Şuşa çevrəsindən keçən hissəsində ictimai fəallarımızın eriraz aksiyası davam edir. Etiraz 100% haqlıdır.

Aksiyadan yaxşı olmayan videolar yayılıbmı?  Təəssüf, yayılıb: məsələn, məlum “ölü göyərçin olayı”, həmin ölü göyərçin nümayişli xanımın əynindəki xəz paltar-filan… AMMA!  Axı, bunlar

- insan öldürməkdən,

- üstünə günahsız insan qanı sıçramaqdan,

- canı çıxmamış qız uşağının açıq gözlərinə məhəl qoymadan, o günahsız uşağın üzünü ayaqlayaraq adlamaqdan,

- hamilə qadının qarnına pişik doldurmaqdan

daha pis deyil, elə deyilmi?

Qarşımızdakı kimdir?! Əsla, unutmayaq! Əlbəttə, onu da unutmayaq ki, etiraz aksiyasına gedənləri Dövlət İmtahan Mərkəzi imtahandan keçirə bilməz; axı 3 onillik boyunca zülmlər görmüş, yurd-yuva həsrəti çəkmiş insanları qınayanda, bir də onların duyğularına tərcüman olmaq (da) bir mənəvi borcdur.

Qınamağa nə var ki?

Qınaqlıq halları özümüz aradan qaldıraq. Ayıblarımızı aləmə car çəkmək, tirajlamaq bizə çoxmu lazımdır?

***

Hələ bir Azərbaycan TV-sinin rüs sülməramsızları sırasındakılardan birinin göz yaşı tökməsini,

onun pıçıltıyla “Qarabağ-Azərbaycandır!” deməsini göstərəndə, tirajlayanda nə qazandığımızı bir bilsəydik… Onların sırasında olan nadir vicdanlı əsgərləri də çıxdaş elətdirmək kimə lazımdır, əcaba?!.

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

25 Aprel 2024