Almaniyanın xarici işlər naziri Yohan Vadeful İran rəhbərliyinə müraciət edərək Tehranın nüvə silahı yaratmağa çalışmadığına inandırmağa və danışıqlara getmək əzmini nümayiş etdirməyə çağırıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Reuters” xəbər verib.
"İran ağılla hərəkət etməlidir. Danışıqlar masasına oturmaq üçün heç vaxt gec deyil", - XİN rəhbəri bildirib.
O, həmçinin İsrailin hərbi əməliyyatını dəstəkləyərək, Təl-Əvivin İranın nüvə silahı hazırlaması ilə bağlı narahatlıqlarının "tamamilə başadüşülən" olduğunu söyləyib.